Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib - Fotolar

medeniyyet-naziri-sumqayitda-vetendaslari-qebul-edib
Oxunma sayı: 2135

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 31-də Sumqayıt şəhərində gerçəkləşib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.