Medvedev 4 ukraynalını “qara siyahı”dan çıxartdı

medvedev-4-ukraynalini-qara-siyahidan-cixartdi
Oxunma sayı: 854

Rusiya baş naziri Dmitri Medvedev 4 Ukrayna vətəndaşına qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

“Qafqazinfo”nun Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbərinə görə, bunlar Ukrayna milli telekanalının baş direktoru Vladimir Lokotko, Kiyev şəhər administrasiyasının keçmiş rəhbəri Leonid Çernovetski, “Praveks-Bank”ın müşahidə şurasının eks-rəhbəri Stepan Çernovetski, eləcə də Vladimir Krılovdur.

Həmin şəxslərin “qara siyahı”dan çıxarılmalarının səbəbi açıqlanmır.