Medvedyev Azərbaycan neftinə qadağa qoydu - Yenilənib

medvedyev-azerbaycan-neftine-qadaga-qoydu-yenilenib
Oxunma sayı: 726

Rusiya Azərbaycan neftinin öz ərazisindən daşınması haqqında razılaşmanı ləğv edib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, sərəncam Rusiyanın baş naziri Dmitriy Medvedyev tərəfindən imzalanıb. Medvedev bu barədə Azərbaycan tərəfini məlumatlandırmaq üçün Rusiya XİN-nə göstəriş verib.

Qeyd edək ki, neftin tranziti ilə bağlı sənəd 1996-cı ilin yanvarında Moskvada imzalanmışdı.

***

“Transneft”in mətbuat katibi İqor Demin Rusiya mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan son 5 ildə hökumətlərarası sazişin şərtlərini yerinə yetirmirdi və 2 dəfə az neft tranzit edirdi. Belə ki, sazişdə 5 milyon ton ötürülməsi nəzərdə tutulsa da faktiki neftin həcmi ildə 2 milyon ton olub. Göstərilən həcmdə neftin tranziti isə “Transneft” in boru kəmərini lazımi texnoloji vəziyyətdə saxlanmasına xərclənən vəsaitləri ödəməyib.

“Transneft”in isə icraçı kimi tarifi dəyişə bilmədiyi vurğulanıb: ““Transnfet” şirkəti gələn ildən Azərbaycan neftini kommersiya müqaviləsi əsasında tranzit edəcək”.

ARDNŞ-dən isə Rusiya KİV-nə bildirilib ki, şirkət məsələ ilə bağlı Rusiya tərəfindən heç bir rəsmi məlumat almayıb.