Məhəmməd adı Avropada liderdir

mehemmed-adi-avropada-liderdir
Oxunma sayı: 467

Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqlarına verilən ən populyar addır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “World of Statistics” statistika xidməti “X” hesabında paylaşıb. 

Xidmətin məlumatına görə, Məhəmməd adı ən çox İngiltərənin London və Mançester, Norveçin Oslo, Belçikanın Brüssel, Niderlandın Amsterdam və Haaqa, həmçinin Almaniyanın Berlin şəhərlərində yeni doğulan oğlan uşaqlarına verilir. Məlumatların hansı dövrü əhatə etdiyi açıqlanmayıb.

Böyük Britaniyada qeydə alınmış statistika isə daha diqqətçəkəndir. Belə ki, ölkənin Milli Statistika İdarəsinin məlumatlarına görə, 2024-cü ildə İngiltərə və Uelsdə 5721 körpəyə Məhəmməd adı verilib ki, bu, bir il əvvəlki göstəricidən 23% çoxdur.