Məhkəmə partiyanın iddia ərizəsini rədd etdi

mehkeme-partiyanin-iddia-erizesini-redd-etdi
Oxunma sayı: 685

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda AİP-in iddia ərizəsi əsassız hesab olunaraq, şikayət təmin edilmədən, işə baxılmamış xitam verilib.

Qeyd edək ki, oktyabrın 26-da AİP 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə BŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət etmişdi.

İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyadan aksiya üçün münasib yerin ayrılması tələb olunurdu.

Fatimə