Meksika gözəlinin müəmmalı ölümü - Fotolar

meksika-gozelinin-muemmali-olumu
Oxunma sayı: 3877

“Miss Aguascalientes” statusunun sahibi, “Miss Mexico - 2021” namizədi olan Meksika gözəli Ximena Hita evində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, koronavirus epidemiyası dövründə tibb bacısı kimi çalışan 21 yaşlı Hita intihar edib.

Bu barədə KİV-ə modelin yaxınları məlumat verib. Ximenanın ailəsi iddia edib ki, qızı naməlum şəxslər tərəfindən qətlə yetirilib.  Lakin polis əməkdaşları Hitanın intihar etdiyini qeyd ediblər.