Meksikanın Mexiko şəhər Konqresinin iclası zamanı hakim “Morena” partiyası ilə müxalif PAN partiyasının deputatları arasında dava düşüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə parlamentin işinin şəffaflığı ilə bağlı islahatların müzakirəsi zamanı baş verib.
Tribunanın zəbt olunması ilə başlayan mübahisə daha sonradan geniş miqyas alıb.
Belə ki, təşəbbüsə qarşı çıxan PAN partiyasının nümayəndələri tribunanı zəbt etdikdən sonra hər iki partiyanı təmsil edən deputatlar arasında dava başlayıb.
İclas deputatları sakitləşdirmək üçün yarımçıq dayandırılıb.
İnsident zamanı deputat Klaudiya Perez xəsarət alıb və ona tibbi yardım göstərilib. O, hadisə ilə bağlı məhkəməyə şikayət etmək niyyətində olduğunu bildirib.
Hadisənin görüntülərini təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər