Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdə xoşagəlmız hadisələrlə bağlı xəbərlərə münasibət bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Agentliyin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə danışıb.
“Agentliyin tərkibində 4 min məktəb var. Bu məktəblərdə milyon yarım şagird təhsil alır. Bəzən gündəlik xoşagəlməz hadisələr qaçılmaz olur. Biz bundan təəssüf hissi keçiririk. Yüzlərlə, bəlkə də minlərlə belə hadisələrin qarşısı pedaqoji heyət tərəfindən alınır. Pedaqoji heyət öz üzərinə düşəni vicdanla icra etməlidir”.
Direktor əlavə edib ki, mütəmadi olaraq DİN və aidiyyəti qurumlarla birlikdə məktəblərə reydlər təşkil edilir. Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər