“Mən müəlliməm” kampaniyasına qoşulun!

men-muellimem-kampaniyasina-qosulun
Oxunma sayı: 1738

Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır.

"Qafqazinfo"ya daxil olan məlumata görə, kampaniya oktyabrın 7-dək davam edəcək.

Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.