“Məni o qalmaqala dartırlar” – Məleykə Əsədova

meni-o-qalmaqala-dartirlar-meleyke-esedova-
Oxunma sayı: 940

Xalq artisti Məleykə Əsədovanın “Qafqazinfo”ya müsahibəsi:


- Məleykə xanım son zamanlar mahnı ifa etmirsiniz. Bunun səbəbi sizə qarşı olan qınaqlar ola bilərmi?

- Yox, ifa edirəm. Hazırda “Gülər” mahnımın efirlərdə klipi yayımlanır. Mən onsuz da hər iki ildən bir mahnılar lentə alıram. İnşallah yeni xoşuma gələn mahnı olarsa ifa edəcəyəm.

- Azərbaycanda yeni teleseriallar çəkilir, bir çox telekanallarda yayımlanır. Vaxtilə siz də seriala çəkilmisiniz. Bu serialları izləyirsinizmi, münasibətiniz necədir?

- İnanırsız, bu çəkilən seriallara dəvətlər də alıram. Amma mən professional nöqteyi-nəzərdən baxanda öz fikirlərimi demək istərdim. Mən inanıram ki, bu seriallar bir-iki ilə daha yaxşı olar. Hələ təzədir. İnanıram ki, vaxtı gələndə bizim seriallar da türk filmləri kimi baxımlı olacaq.

- Deyəsən, hazırdakı serialları bəyənmirsiniz?

- Yox, bəyənirəm. İnanırsınız “İtkin gəlin” serialına bu gün də baxırlar. Orada çox gözəl rejissor işi var idi. Ssenarisi gözəl idi, aktyorlar işlərini bilən insanlar idi. İndi bizim çəkdiyimiz seriallar da belə çəkilsə, çox yaxşı olacaq. O, vaxt “İtkin gəlin” çəkiləndə ev kamerası ilə lentə alındı. Buna baxmayaraq, çox sevildi. İllər keçib, bir çox filmlər çəkilir amma “İtkin gəlin” hələ də satışda satılır və baxılır…

- Sənətə yeni aktyorlar, aktrisalar gəlir. Onların işlərini izliyirsiniz?

- Əslində, bu gün Lütfi Məmmədbəyovun yeri görünür. Yeni istedadlı gənclər gəlməlidir sənətə bu normaldır. Amma onların sənəti olsa daha yaxşı olar. Çəkilişlərə baxıram, qüsurlar görürəm. Bəyəndiklərim də var. Amma mən çox xahiş edərdim rejissorlardan, professional, işini bilən insanlara rol versinlər. İsdedadı, təhsili olanlara üstünlük versinlər. Türkiyə serialları bu gün niyə qabağa gedir, çünki, əvvələr onlar da modelləri çəkirdilər filmlərə. İndi isə onlar yalnız teatrda çalışan insanlara rol verirlər. Dünyada belədir.

- Nəyə görə siz çəkilmirsiniz, yeni çəkilən seriallardan imtina edirsiniz ?

- Mənə iki gün bundan öncə təklif gəldi. Amma mənim üçün ssenari yaxşı olmalıdır. Mən bəyənməliyəm. Bəyəndiyim rejissor, ssenari olsa niyə də çəkilməyim.

- İllər keçir Məleykə Əsədova necə var elədə qalıb. İnsanlar yəqin ki, sizin əməliyyat elətdirdiyinizi düşünür?

- Mən indiyə qədər heç bir plastik əməliyyat etdirməmişəm. Bunu məni tanıyan insanlar bilir. Bir 1993-ci ildə “İtkin gəlin” serialından sonra burnumu kəsdirdim. Amma ehtiyac olsa zamanı gələndə etdirərəm. Mən yenə demək istərdim ki, gözəl qalmaq istəyən insanın ruhu, ürəyi təmiz olmalıdır. İnsanların yaxşı işlərinə sevinmək gərəkdir. Məleykəni gözəl saxlayan sevgidir. Qızıma, insanlara, vətənimə olan sevgimdir. Məleykənin zamanı yoxdur boş dedi-qodulara. Evdə qızımın dərsləri ilə məşğul oluram, iki teatrda çalışıram, ora bura işlərim çox olur. Allah mənim ürəyimi gözəl verib.

- “Facebook” sosial şəbəkəsində sizin adınızda səhifə var. Hər gün fotolarınız paylaşılır. Bir deyir bu səhifədə siz özünüzsünüz digərləri isə yox. Buna aydınlıq gətirədiniz?

- Mən demək istərdim orada mənim adımda bir neçə səhifə var. Onların heç biri mən deyiləm. Məndə olmayan şəkilərimi qoyurlar ora. Düzdür mən də “facebook”da özümə səhifə açmışam, amma istifadə etmirəm. Mən yalnız internetdə xəbərlər oxuyuram.

- Siz hər zaman sənətinizlə gündəmə gəlirsiniz. Amma son zamanlar da qalmaqallarda adınız hallanır?

- Mən heç bir qalmalaqda yoxam. Məni o qalmaqala çəkirlər, amma mən başqa tərəfə gedirəm . Yenə məni dartıb gətirirlər. Çünki, Məleykə var deyə.

- Qısqanclıqdandır sizcə?

- Bəli, Meləykə var. Var olan bir şeyi qısqanarlar.

- Son zamanlarda Məleykə Əsədovanın qalmaqal yaşadığı İlhamə xanımla barışdığı xəbərləri yayılır?

- Məleykə yalnız obrazları ilə yadda qalır. Belə suallara mən cavab vermirəm.

- Türkiyəyə axın çoxdur. Sizin necə, getmək fikiriniz var?

- Mənə Türkiyədən bir neçə il öncə təkliflər olub. Amma mən seçiciyəm. Mənim oynadığım hər bir obraz yadda qalan olub. Həmişə də klassik obrazlar ifa etmişəm. Bunun üçün gərək isdedadlı olasan. Şirin, Gültəkin, Kleopatra, obrazlarım indiyə kimi də yadda qalıb. Odur ki, mən Türkiyəyə gedib hər hansı bir filmdə rol alıramsa gərək o, yadda qalan olsun. Türkiyədə və ya Azərbaycanda fərq etməz əgər mən o, filmdə rol alaramsa, o baxımlı olmalıdır. Yoxsa tamaşaçı serial efirə veriləndə kanalı dəyişməməlidir. Ona görə mən çox seçim edirəm. Mən bu gün yalnız yaxşı işlərimlə efirlərdə görünməliyəm. Onu da deyim ki, xarici ölkələrə gedib yaxşı işlər görənlərin də uğurlarına çox sevinirəm.

Aynur