“Mentalitetimin uyğun olmadığı ölkədə uğur əldə edə bilmərəm” - Qurban Qurbanov

mentalitetimin-uygun-olmadigi-olkede-ugur-elde-ede-bilmerem
Oxunma sayı: 1303

“Bu komandada olmaq məni çox inkişaf etdirdi. “Qarabağ” adı sanki məni daha da böyütdü və məsuliyyətimi artırdı. Bəlkə başqa komandaya rəhbərlik etsəydim belə olmazdı”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həmişə ilk vəzifəsi futbolçulara bu adı başa salmaq olub: “Mentalitetim bu ölkəyə uyğun deyilsə, uğur əldə edə bilmərəm. Eyni zamanda, mentalitetini bilmədiyim ölkədə uğur qazana bilmərəm. Legioner futbolçulara həmişə başa salmışam ki, siz hansı ad altında çıxış etdiyinizi anlamalısınız. Həmçinin yerli futbolçularla da bu barədə müzakirələrimiz olur. Onlar “Qarabağ”ı təmsil etdiyimizi heç vaxt unutmamalıdırlar. Ümumiyyətlə, idmançıda xarakter olmasa, uğur əldə edə bilməz. Döyüşmədən meydanı tərk edə bilmərik”.