“Məqsədim Avropada möhkəmlənməkdir” - ATV-nin eks-prezidentinin qızı

meqsedim-avropada-mohkemlenmekdir-
Oxunma sayı: 5898

ATV-nin eks-prezidenti Tağı İbrahimovun qızı modelyer Gülşən Tağıyeva geccə.az-a müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Hamının marağını çəkən sualla başlayaq, bu səviyyəyə necə gəlib çatdınız?

- Əl işi məni uşaqlıqdan cəlb edir. Tikiş və gözəl paltarlar məni valeh edirdi. Bu səviyyəyə necə çatdım? Hər şey çox sadədir. Mən həmişə özümə güvənmişəm, gücümə, uğur qazanacağıma və işimə inanmışam, və hər zaman işləmək arzusunda olmuşam.

- Amma paltar və aksessuarların istehsalı kifayət qədər xərc tələb edir. İnvestorlar cəlb edirsiz, yoxsa, öz vəsaitlərinizi xərcləyirsiz?

- Xeyr, bu işin öhdəsindən öz vəsaitlərim və gücüm hesabına gəlirəm, bilmirəm bu yaxşıdır ya pis. Sirr deyil ki, parça və ümumilikdə dizayn sahəsi investisiyalar, parçalar, aksessuarlar, furnitur tələb edən kifayət qədər bahalı bir sahədir, bu vaxta qədər bütün xərclərimi öz hesabıma ödəməyi bacarmışam.

- Sonuncu paltar kolleksiyanız kifayət qədər diqqəti çəkmişdi.

- Bu əməyimizin bəhrəsidir. Əgər insan cəhd edirsə, mütləq nəticə əldə edəcək. Sonuncu kolleksiyamda iki klassik rəngə müraciət etmişdim: ağ və qara. Bir çox dizaynerlər bu rəngləri xoşlayırlar və onları istifadə edirlər. Bu tükənməz mövzu, mənim fikrimcə həmişə və hər yerdə öz aktuallığını saxlayır. Bu kolleksiyanı yaratmaqla demək istəyirdim ki, yalnız iki zidd və əks rəngdən istifadə etməklə istənilən tələbi yerinə yetrimək, hər bir insanın zövqünü oxşamaq, həm klassik, həm də qeyri-adi obrazlar yaratmaq mümkündür.

- Geyimlərinizi necə satırsız? Biznesiniz gəlirlimidir? 

- Bu barədə çox az düşünmüşəm. Mən sahibkar olmazdan öncə dizaynerəm. Sadəcə olaraq öz işimi məhəbbətlə görürəm. Bu səbəbdən kolleksiyalarıma tələbat yüksəkdir, və onlar yeri gəlmişkən hal-hazırda Şou-rum formatını əldə edən salonumuzda tez bir zamanda satılır.

Bu format mənə daha yaxındır, həmçinin yaratmağa çalışdığımız ev və rahatlıq atmosferi müştərilər üçün də çox mühümdür. Həmçinin bəzi işlərimizi digər şou-rumlarda nümayiş elətdiririk, nümayişlərdə iştirak edirik. Məsələn, onlardan sonuncusu Dubay nümayişi və Bakıda keçirilən moda həftəsidir. Biz kifayət qədər güc və vəsait xərcləyirik, və bəhrəsini görürük. Yeri gəlmişkən, hal-hazırda əvvəlki kolleksiyadan qalan modellərə böyük endirimlərimiz var.

- Kolleksiyanı yaradarkən ilk olaraq nəyi nəzərə alırsız: öz zövqünüzü, daxili aləminizi və ya ətrafdakı dəb tendensiyalarını?

- Cavab vermək çətindir, çünki fikrimcə bütün bunlar ayrılmazdır. Kolleksiyaları yaradarkən öz zövqümü rəhbər tuturam və mütləq şəkildə dəb tendensiyalarına müraciət edirəm. Sirr deyil ki, dəb dizaynerlər tərəfindən diktə olunur, istehlakçının davranışı isə gözlənilməzdir, dizayner həmişə yüksək tələbata və razılığa ümid edir, lakin fantaziya dizayneri uzağa apara bilər və nəticədə o dəb tendensiyaları xaricində bir şey yaratmaqla başa düşülməmək təhlükəsi ilə üzləşə bilər.

- Maraqlıdır, qarderobunuzun neçə faizi öz işlərinizdən ibarətdir?

- İldən ilə daha da çox. Deyə bilərəm ki, bugünkü gündə qarderobumun əksəriyyəti, 60-70 faizi öz kolleksiyamın modellərindən ibarətdir.

- Sizin fikrinizcə müasir moda təşkilində nə çatışmır? Müasir Bakılı qadının payız qarderobunda sizcə nə olmalıdır?

- Dəblə geyinən xanımlar müasir dövrdə geniş seçim imkanlarına malikdirlər. Bu gözəl haldır! Xanımlarımızın yerli dizaynerlərin işlərinə, o cümlədən mənim modellərimə üstünlük vermələri daha da xoş olardı. Ümumilikdə isə müasir qarderobda dəri məmulatlarının olması tendensiyası mənə daha yaxındır. Payız midi plaşı ilə assosasiya olunur.

- Hansı parçalarla işləməyi xüsusi ilə sevirsiniz və niyə?

- Mən müxtəlif parçalarla işləyirəm. Hazır daş-qaş naxışlı parçalarla. Şəffaf parçalarla işləməyi xoşlamıram. Biz özümüz lazımi tikişləri həyata keçiririk, lazım olduqda əl ilə strazlarla və daş-qaşlarla bəzəyirik. İpək və kişmirə üstünlük verirəm.

- Hansı silueti siz ən münasib, hər bir qadına yaraşan hesab edirsiz?

- Müsbət çəhətləri ifadə edən və nöqsanları gizlədən istənilən siluet. Konkret universal düstur deyə bilmərəm.

- Moda sənayəsində məqsədiniz?

- Məqsədim yalnız yerli bazarı mənimsəməkdən deyil, həmçinin xaricdə - Avropada möhkəmlənməkdən ibarətdir. Lakin əsas məqsədim ondan ibarətdir ki, mənim modellərimə baxdıqda insanların təfəkküründə mənim adım deyil, kolleksiyamın obrazları canlansın.

- Öz müəllif xəttini yaradıb bununla yanaşı reallıqla əlaqəni itirməmək üçün dizaynerlərə nə məsləhət görərdiniz?

- Cəsarətlə və inamla işləmək, mütəxəssis və peşəkarların fikirlərini nəzərə almaq, lakin fərdiliyi qoruyub saxlamaq. İrəliyə doğru addımlamaq və öz işinə inanmaq. Yeniliklərdən, başa düşülməməkdən və layiqli qiymət almamaqdan çəkinməmək. Tənqid və uğursuzluqlardan qorxmamaq. Dəstixətt - sənin fikrindi, baxışındı, sənin fərdiliyin peşəkarlığın, sənin qəlbin. Bütün bunlar bənzərsiz olmalıdır, bu unikaldır.

- Gülşən xanım, sonda planlarınız barədə danışın.

- Düzünü desəm bu gün bütün planlarım barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, dəyişikliklər, rebrendinq, yeni ideyalar və yeni bazarlara çıxışı üçün nəzərdə tutulan kolleksiyalar gözlənilir...