“Mercedes” dirəyə dəyib aşdı, sürücü yaralandı - Fotolar

mercedes-direye-deyib-asdi-surucu-yaralandi
Oxunma sayı: 1382

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov