Merve Boluğur yenə evlilik təklifi aldı - Foto

merve-bolugur-yene-evlilik-teklifi-aldi
Oxunma sayı: 4451

Türkiyənin məşhur aktrisası, ötən il evləndiyi Mert Aydından 53 gün sonra boşanan Merve Boluğur yenidən evlilik təklifi alıb.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, uzun müddətdir ekranlarda olmasa da, gündəmdən düşməyən məşhur aktrisa boşandıqdan sonra sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlməyə davam edir.

Yenidən ekranlara qayıtmağa hazırlaşdığını bildirən Merve Boluğur "Bəli dedim" paylaşımı ilə də diqqət çəkib. Boluğura bu təklifin kim tərəfindən olunduğu maraq doğurub. 

Qeyd edək ki, daha əvvəl "Həyatınızda başqası varmı?" Sualını alan aktrisa, "Mən belə qaçan biri deyiləm. Həyatımda biri varsa, onu işə salan mənəm" ifadələrini işlədib.