Məşhur filmin 3-cü hissəsi bu tarixdə yayımlanacaq

meshur-filmin-3-cu-hissesi-bu-tarixde-yayimlanacaq
Oxunma sayı: 2394

Türkiyənin məşhur filmi “Aşk tesadüfleri sever”in 3-cü hissəsi çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Filmin heyətində Belçim Bilgin, Mehmet Günsür, Hüseyin Avni Danyal və Ayda Aksel kimi ulduzlar yer alacaq.

İlk filmdə çəkilən jurnalist Ayşe Arman üçüncüsündə də rol alacaq. Həmçinin Serkan Altunorak reklamçı Emre obrazı kimi tamaşaçı qarşısına çıxacaq.

Həm Ankara, həm də İstanbulda çəkiləcək filmin təqdimatı noyabrın 21-i baş tutacaq.

Xatırladaq ki, ilk dəfə Belçim Bilgin və Mehmet Günsürün baş rollarını paylaşdığı “Aşk tesadüfleri sever” filmi 2011-ci ildə nümayiş olunub. “Aşk tesadüfleri sever 2” isə 2020-ci ildə yayımlanıb. Lakin serialın aktyor heyəti tamamilə dəyişdirilib. Belə ki, ikinci filmdə baş rolları Nesrin Cavadzade (Defne), Yiğit Kirazcı (Kerem), Elif Doğan (Semanın gəncliyi), Aytaç Şaşmaz (Nikonun gəncliyi) kimi məşhur adlar canlandırıb.