“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, tez-tez musiqi gecələri təşkil edən 46 yaşlı biznesmen Kərimovun bu dəfəki qonaqları dünya şöhrətli amerikan müğənnilər -Lana Del Rey və Şer (Şerilin Sarkisyan Lapyer Bono Ollmen) olub.
Lana Del bu gecədən 340 min dollar, erməni əsilli Şerilin Sarkisyan isə yarım milyon avro qazanıb.
Qeyd edək ki, Süleyman Kərimov Rusiya parlamentində təmsil olunan qafqazlı milyardçıdır. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. Kərimov "Forbes" dərgisinin versiyasına əsasən milyonçuların reytinq cədvəlində 72-ci yerdə gedir.
Son xəbərlər
Son Xəbərlər