Messi matçdan əvvəl bu mahnıları dinləyir

messi-matcdan-evvel-bu-mahnilari-dinleyir
Oxunma sayı: 1742

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu Lionel Messinin oyunlardan əvvəl isinmə hərəkətləri zamanı dinləməyi sevdiyi mahnıların siyahısı açıqlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 60 mahnıdan ibarət olan və «Messi: The Warm-Up» adlanan siyahını “Apple Music” yayımlayıb. 

3,5 saat davam edən pleylistdə pop, r'n'b və rok janrlarında musiqilərə rast gəlmək mümkündür. 

Bununla belə, siyahıda ən çox repçi Bad Bunny və meksikalı müğənni Peso Plyumanın mahnıları yer alsa da, pleylistdə Luis Fonsinin “Despacito”, eləcə də AC/DC qrupunun “Highway To Hell” və “Coldplay” qrupunun “Viva La Vida” mahnıları var. 

Xəbəri rus dilində oxuyun: Сколько заработал "Карабах"?

Messinin sözlərinə görə, musiqi hər zaman, xüsusilə də matç günlərində onun həyatında əhəmiyyətli rol oynayıb.