Mətanətə 50 minlik avtomobil hədiyyə olundu

metanete-50-minlik-avtomobil-hediyye-olundu-
Oxunma sayı: 5657


“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Şou+” verilişinə açıqlamasında sonuncu hədiyyə aldığı avtomobilin 50 min manat qiyməti olduğunu bildirib: “Hazırda idarə etdiyim avtomobil 16-cı maşınımdır. Bunların heç birini özüm almamışam. Allahım şahiddir ki, bu maşınlar səsimə görə mənə hədiyyə olunub. 16-cı maşınımı satmaq istəyirdim, alıcı behini verəndə fikrimi dəyişdim. Çox sevirəm bu avtomobili, qiyməti 50 min manatdır. Elə baha deyil. Mənə evlərdə hədiyyə edilib. İndi iki evim var, lakin həyət evi almaq istəyirəm”. 

Daha sonra sənətçi Zeynəb Xanlarovaya olan sevgisindən bəhs edib: “Azərbaycanda mənim brendim Zeynəb Xanlarovadır. Mənə balaca Zeynəb deyirlər. Qurban olaram ona, Allahdan arzu edirəm ki, bu adam yaşasın”.