Metroya xlorla girdi, təhlükə yarandı - Yenilənib

metroya-xlorla-girdi-tehluke-yarandi
Oxunma sayı: 6838

Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov bildirib.

***

Qurum rəsmisi əlavə edib ki, sərnişinin əlində olan xlor dezinfeksiya məqsədi üçün nəzərdə tutulub və toz halında paketdə olub.

***

“Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərrnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”,- B.Məmmədov deyib.