Mikayıl Cabbarov daha bir məmuru işdən azad etdi

mikayil-cabbarov-daha-bir-memuru-isden-azad-etdi
Oxunma sayı: 688

Təhsil naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib.

“Qafqazinfo”nun məlumatına görə, Mikayıl Cabbarov Nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevi işdən azad edib.

Qeyd edək ki, bir neçə il əvvəl həbs olunan şair Əli Kərimin oğlu Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin müavini olub.

Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 21-də həbsdən azad olunub.