Mikayıl Cabbarov kimdir?

mikayil-cabbarov-kimdir
Oxunma sayı: 2330

Bu gün təhsil naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. “Qafqazinfo”nun məlumatına görə, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.