Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oyun saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.
FIFA Series-2026
30 mart 19:00.
Azərbaycan – Syerra Leone
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Son xəbərlər
Son Xəbərlər