“Millimiz üçün çətin olacaq”- - Uğur Pamuk

millimiz-ucun-cetin-olacaq-
Oxunma sayı: 1011


- “Xəzər Lənkəran”la matça hazırsız?

- Hər şey qaydasındadı. Özümüzü tam hazır hiss edirəm. 

- Demək olar ki, eynigüclü komandalar meydanda üz-üzə gələcək. Qələbə qazanmaq şansınız nə qədərdir?

- Bizim üçün rəqiblərin fərqi yoxdu. Qələbə üçün meydana çıxacağıq. İnanıram ki, 3 xal bizim olacaq. 

- “Xəzər Lənkəran”a qarşı oynayanda xüsusi bir hiss olur?

- Yox. Mənim üçün onlara qarşı oynamaqda heç bir problem yoxdur. Əsas odur ki, mən öz komandama xeyir verim.

- Bu mövsümü komandanız üçün necə dəyərləndirirsiz?

- Mənim üçün pis oldu. Bildiyiniz kimi, komandaya gec qoşuldum. Fevralın 18-də heyətə qatıldım. İndi özümü yaxşı hiss edirəm və özümə gəlirəm. Amma 2 turdan sonra çempionat bitir. Fasilədə üzərimdə daha çox çalışacam. 

Başqa komandalardan təklif var?

- Hələ ki, konkret bir şey yoxdur. “Sumqayıt”la 1 illik müqaviləm var. Hazırda bu komandanı düşünməliyəm.

Milli komandamızın qarşıda 2 oyunu var. Serbiya və Norveçlə. Bu matçlardan nə gözləyirsən?

- Çətin olacaq. İnanıram ki, 2 oyunda qələbə qazana biləcəyik. Amma reallıqla baxsaq, Norveç də, Serbiya da güclü yığmalardır. 

Nə vaxtsa milliyə qayıtmağı düşünürsən?

- Məni dəvət etsələr, canla-başla oynayaram. Amma indiki vəziyyətdə bu çətindir. Öz üzərimdə işləmək məcburiyyətindəyəm.

Elsevər