Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarıldı

millimizin-islandiya-ve-fransa-oyunlari-ucun-biletler-satisa-cixarildi
Oxunma sayı: 3224

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransaya qarşı keçirəcəyi oyunlar üçün biletlər satışa çıxarılıb.

 “Qafqazinfo” xəbər verir ki, biletləri İticket.az saytından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-ü saat 21:00-da 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa matçı isə noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.