Ramin Bayramlıya vəzifə verildi - Yenilənib

ramin-bayramliya-vezife-verildi
Oxunma sayı: 4729

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.

***

Məsələ ilə bağlı Manset.az-a danışan Ramin Bayramlı seçkinin çoxdan baş tutduğunu bildirib:

“Bu, may ayında baş tutmuş köhnə bir seçkidir. Xəbərlərdə indi dərc olunur. Mənim ictimai birliyə təsisçiliyim 2018-ci ildən başlayır, burada böyüdüləcək bir məsələ yoxdur”.

“2001-ci ildən Azərbaycan Tibb Universitetinin müəllimiyəm və orda da müəllim kimi davam edirəm. Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam”, - o əlavə edib.

Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə öz ərizəsi ilə vəzifəsindən azad olunub.