Mingəçevirdə aptek sahibi özünü güllələdi - Foto

mingecevirde-aptek-sahibi-ozunu-gulleledi
Oxunma sayı: 7102

Mingəçevirdə sahibkar özünü güllələyərək intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərdə aptek sahibi kimi tanınan 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov özünə odlu silahdan atəş açıb. Onun hadisəni yaşadığı evin həyətində törətdiyi bildirilir.

B.Səmədov dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.