Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
“Qafqazinfo”nun məlumatına görə, hadisə Mingəçevir şəhəri ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan 67 yaşlı Əntiqə Əhmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər