Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

mirmahmud-mirelioglunun-nevesi-parkda-olubmus
Oxunma sayı: 3469

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməsi müəyyənləşib.

Belə ki, dekabrın 17-si saat 20 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin halı qəfil pisləşib. Hadisə vaxtı onun yanında qardaşının da olduğu bildirilib.

İlkin məlumata görə, M. Fəttayev ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar davam etdirilir.