Mirşahin Ağayev Elşad Xoseni həbs etdirir - Eksklüziv

mirsahin-agayev-elsad-xoseni-hebs-etdirir-ekskluziv
Oxunma sayı: 839




ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev tanımış reper Elşad Xoseni həbs etdirmək istəyir. Bu barədə “Qafqazinfo”nun əməkdaşı məhkəmədən məlumat əldə dib. Məlumatına görə, bu məqsədlə o reperin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Elşad Xosenin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini əsas gətirərək məhkəmədən tədbir görməsini xahiş edib.

İşi araşdıran Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov “Qafqazinfo”ya bildirdi ki, proses artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə məhkəmə öz qərarını verəcək.

Onu da əlavə edək ki, 147-ci maddə tələbi ilə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.

Xatırladaq ki, E. Xose bir müddət əvvəl keçirdiyi mətbuat konfransına M. Ağayev haqda təhqiramiz ifadələr işlətmişdi.