Mirzoyana qarşı sui-qəsddə ittiham olunan şəxs həbs edildi

mirzoyana-qarsi-sui-qesdde-ittiham-olunan-sexs-hebs-edildi
Oxunma sayı: 1460

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin XİN rəhbəri Ararat Mirzoyana qarşı sui-qəsddə şübhəli bilinən bir şəxsi saxlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, T.A. adlı vətəndaş 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya etiraz olaraq o dövrdə parlamentin spikeri vəzifəsini tutan Ararat Mirzoyana qarşı hücumda iştirak edib.

Sözügedən şəxs 2 ay müddətinə həbs olunub.