Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Euronews”a müsahibəsində danışıb.
Mişel bu həftə sonu İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu qeyd edib: “İndi Azərbaycan beynəlxalq ictimaiyyəti vəziyyətin monitorinqinə cəlb etməlidir. Azərbaycan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqları və təhlükəsizliyinin qorunmasına məsuliyyət daşıyır”.
O, eyni zamanda Azərbaycanın Aİ-nin tərəfdaşı olduğunu da vurğulayıb.