Misir Mərdanova yeni vəzifə verildi -Fotolar

misir-merdanova-yeni-vezife-verildi-fotolar
Oxunma sayı: 706

Keçmiş təhsil naziri Misir Mərdanov yeni vəzifəyə təyin olunub. Bu barədə "Qafqazinfo"ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Məlumatda bildirilir ki, M. Mərdanov AMEA-nın Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin olunub.

Artıq yeni direktor barəsində AMEA-nın rəsmi saytında məlumat yazılıb.

Qeyd edək ki, Mexanika Riyaziyyat İnstitunun direktoru əvvəl Akif Hacıyev olub. A. Hacıyev ötən həfə AMEA-nın Rəyasət Heyətinə seçilib.

Xatırladaq ki, aprelin 19-da prezident İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunub.