Monteneqronun “ən tənbəlləri” bəlli oldu - 49 gün yatdılar

monteneqronun-en-tenbelleri-belli-oldu
Oxunma sayı: 3987

Balkan ölkəsi Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində keçirilən “ən uzun müddət yatma” müsabiqəsinin qalibləri məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 49-cu gündə Lidiya Markoviç və Filip Knezeviç qalib gələrək 1000 avroluq mükafatı və “ən tənbəl vətəndaş” adını qazanıblar.

Bu il 12-ci dəfə keçirilən müsabiqənin qalibləri 1200 saata yaxın yataraq müsabiqə rekordu qırıblar.