Moskvada Njde haqqında filmin nümayişi dayandırıldı

moskvada-njde-haqqinda-filmin-numayisi-dayandirildi
Oxunma sayı: 2249

Moskvada erməni faşist kollaborasionisti Qaregin Njde haqqında filmin nümayişi dayandırılıb.

“Qafqazinfo” “Regnum” agentliyinə istinadən xəbər verir ki, filmin nümayiş edildiyi məkana polis gəlib. Polis nümayəndələri 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və nümayiş dayandırılıb.

Polis zaldakı tamaşaçıları oradan uzaqlaşdırıb.