Şermetyevo hava limanından Moskva-Murmansk istiqamətində uçan təyyarə təcili aerporta geri dönüş edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yanğın çıxıb. 78 nəfər sərnişin təxliyyə olunub.
Azı 10 nəfərin yaralandığı bildirilir.
***
Hadisə yerinə Rusiyanın İstintaq Komitəsinin əməkdaşları yollanıb. Təyyarənin yanmasının səbəbləri araşdırılır. Yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Daha əvvəl 10 nəfərin xəsarət aldığı deyilirdi.
***
SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür.
***
Yanğın zamanı xəsarət alanların sayı artıb. Belə ki, 10-dan çox sərnişinin yaralandığı bildirilir. Faktla bağlı artıq cinayət işi açılıb.
***
Yaralıların hamısının öldüyü qeyd edilir. Bəzi rəsmi saytlarda isə bir nəfərin öldüyü yazılıb. Yanğının qarşısı alınıb.
***
"TASS" agentliyinin məlumatına görə, yanğın nəticəsində 13 nəfər ölüb. Nəqliyyat naziri Yevgeni Ditrix hadisə yerinə yollanıb.
Baş nazir Dmitri Medvedyevin tapşırığına əsasən qəzanın araşdırılması üçün Dövlət Komissiyası yaradılıb.
***
Təyyarədə olan 73 sərnişindən bəzilərinin taleyi barədə dəqiq məlumat yoxdur. Hazırda yanmış təyyarədə axtarışlar aparılır.
***
Rusiya Səhiyyə Nazirliyi 7 nəfərin yaralanması ilə bağlı məlumat yayıb. Ölən 13 sərnişindən 2-si uşaqdır.
Son xəbərlər
Son Xəbərlər