Moskvaya PUA hücumu oldu - Səması bağlandı - Yenilənib

moskvaya-pua-hucumu-oldu
Oxunma sayı: 2722

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat verib.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən pilotsuz uçuş aparatlarının hücumunu dəf edir”, - o yazıb. 

***

“Baza” teleqram kanalının məlumatına görə, PUA hücumu ilə əlaqədar Rusiya paytaxtının səması bağlanıb, Moskva aeroportlarında “Xalça planı” elan edilib.