Motosikletçi səkiyə çırpılaraq öldü

motosikletci-sekiye-cirpilaraq-oldu
Oxunma sayı: 1687

Ötən gecə Bakıda motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 02 radələrində Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu idarə etdiyi "Yamaha" markalı motosikletlə Ziya Bünyadov prospektində hərəkətdə olarkən ağır qəza törədib. Belə ki, o "Koroğlu" metrostansiyasının üzərində yerləşən körpüyə çatarkən səkiyə çırpılıb.

Nəticədə motosikletçi hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır