Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri iə əlaqədar iclası keçirilir.
"Qafqazinfo"nun məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxildir:
1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;
2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;
3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;
4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.