MSK-dan Cəbrayılovla bağlı açıqlama

msk-dan-cebrayilovla-bagli-aciqlama
Oxunma sayı: 6816

Xəbər verdiyimiz kimi, millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət edib. Protokol qaydasına əsasən, qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK)  göndərilib. 

MSK-nın sözçüsü Şahin Əsədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hələ ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb:

“Müraciət daxil olandan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, baxılıb müvafiq qərar veriləcək".

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra geniş müzakirələrə səbəb olub.