MSK onlarla bağlı qərar verdi

msk-onlarla-bagli-qerar-verdi
Oxunma sayı: 6207

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Orucla Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. 

Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. 

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Zaur Mirzə