Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə nəticəsində Maarif kənd sakini Natiq Əliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil 1986-cı il təvəlüdlü Pərviz Quliyevin sükanı arxasında olduğu “Mercedes” markalı sənirnişindaşıyan mikroavtobusla toqquşub.
Qəzada yaralanan bir neçə şəxsin kimliyi məlum olub:
1. Məryəm Babayeva
2. İlahə Əliyeva
3. Xədicə Baxşəliyeva
4. Nailə Məmmədova
5. İlahə Tağıyeva
6. Ulduz Babayeva
7. İmarət İsgəndərova
8. Türkan Məcidli
9. Əfsanə Kazımova
10. Səbinə Əliyeva
11. Nərmin Məhərrəmqızı
12. Bəhruz Bayramov
13. Emilya Vəliyeva
14. Pərviz Quliyev (sürücü)
***
Baş DYP İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: “Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur”.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 24-ü saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər