“Muğanbank”da qorunan əmanətlər üzrə ödənişlərə başlanacaq

muganbankda-qorunan-emanetler-uzre-odenislere-baslanacaq
Oxunma sayı: 1389

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib.

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.

Məlumat üçün bildiririk ki, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az