Muğanlı-Qəbələ yolundakı qəza ilə bağlı rəsmi açıqlama - Foto

muganli-qebele-yolundaki-qeza-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 4072

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı –Qəbələ avtomobil yolunda qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

“Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlarda qəzaya düşən avtobusda çox sayda turistin yaralandığı iddia olunurdu.