Müğənnidən polisə şikayət etdi- - "Boğazımdan yapışdı"+Video

mugenniden-polise-sikayet-etdi-
Oxunma sayı: 3988


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin Şişli Gayrettepe Yasemin küçəsindəki evinin alt qonşusu Abdurrahman Demircan polisə müraciət edib. Şikayətçi sənətçinin musiqiyə yüksək səslə qulaq asması və ona hücum etdiyini iddia edib. Tuğba Beşiktaş Polis Şöbəsinə aparılıb, izahat alındıqdan sonra buraxılıb.

Qonşu Abdurrahman Demircan olay barədə açıqlama verib:

“Bu artıq ikinci şikayətimdir. Mən evdə yatmağa çalışırdım. Yuxarı mərtəbədən səs gəlirdi. Həyat yoldaşım ondan musiqi səsinin azatmasını istədi. Aşağı düşüb qapımı təpikləməyə başladı. Polisə xəbər verdim, polis gələnə kimi özüm qapını açdım. Üstümə hücum çəkdi, boğazımdan yapışdı. Dedim polisə zəng vurmuşam, mənə dedi şikayətini geri götür. Xanımdır deyə əl qaldırmadım. Başladı üzümə sillə vurmağa, gözümə yumruq atmağa...Nə yaxşı ki, polis gəlib apardı”.

Müğənni Tuğba Ekinci iddiaları yalanlayıb:

“Musiqi sevən insanlar belə hadisələrlə rastlaşır. Dava etdiyim barədə deyilənlər yalandır”.