Musa Qurbanlı qol vurdu

musa-qurbanli-qol-vurdu
Oxunma sayı: 5886

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, 21 yaşlı forvard Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb. Qarşılaşma “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Göteborq”a qarşı keçirəcək.