Mustafa Sandalın sərvət dəyərində yeni avtomobili - Foto

mustafa-sandalin-servet-deyerinde-yeni-avtomobili
Oxunma sayı: 4478

Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sandalla Arnavutköydəki məkanların birində görüntülənib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, idman geyimləri ilə diqqət çəkən cütlük məkanı tərk etdikdən sonra sahildə gəzintiyə çıxıb.

1 saatlıq gəzintidən sonra geri dönən Sandal cütlüyü yeni aldıqları 7,5 milyon TL-lik (667 623 AZN) “Porsche Taycan”a miniblər.

Onların yeni avtomobili sosial mediada müzakirə mövzusuna çevrilib.