“Quba hadisələri”, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirov... Və onun istintaqa, təqsirləndirilən şəxslərə qarşı göstərdiyi təzyiq barədə də media zaman-zaman yazır. Təkcə “NİDA”çıların işində gənclər İ.Ləmbəranskinin ifadə zamanı onlara necə mənəvi təzyiq göstərməsi barədə bir neçə dəfə danışıblar.
Hüquq müdafiəçisi Leyla Yunusun evinin qarşısında keçirilən əməliyyat zamanı İ.Ləmbəranskinin necə davranmasını isə orada olan media nümayəndələri və ictimaiyyət görüb.
Bilməyənlər üçün xatırladaq ki, “Quba işi”ndə istintaq qrupunun rəhbəri olan İbrahim Ləmbəranski 2012-ci ilin 1 oktyabrında prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
“Qafqazinfo”nun məlumatına görə, “Yeni Müsavat” Azərbaycan ictimai sektorunun neqativ tonda xatırladığı bu şəxslə bağlı daha maraqlı detalı üzə çıxarıb. Qəzetin köşə yazarı Zamin Hacı İ.Ləmbəranskinin keçmiş aktyor olduğunu üzə çıxarıb və bu barədə facebook səhifəsində yazıb. O, Rasim İsmayılovun 1977-ci ildə çəkdiyi “Şir evdən getdi” filminin uşaq aktyorlarından biri olub.
Həmin filmdə İ.Ləmbəranski “Muradik” rolunu ifa edib. Bu film barədə araşdırma aparanda isə ortaya ilginc xatirələr çıxıb. R.Ismayılovun həyat yoldaşı Nadejda İsmayılova day.az saytına müsahibəsində uşaq Ləmbəranski haqda maraqlı xatirəsini paylaşıb: ““Şir evdən getdi” filmində Fatimə rolunda Tofiq Quliyevin nəvəsi Cəmilə Muradasilova, Murad rolunda isə Əliş Ləmbəranskinin nəvəsi İbrahim Ləmbəranski çəkiliblər. Onların nəvələrinə görə narahat olmaları indi də gözümün qabağındadır. Əliş müəllim görəndə ki, nəvəsi əməlli-başlı canlı şirlə birbaşa ünsiyyətdədi, az qala stuldan yıxılacaqdı. Hətta bir dəfə İbrahim şirin quyruğundan yapışmışdı. Sizə deyim ki, təkcə Rasim yox, elə çəkiliş qrupunun bütün üzvləri bu filmə canla-başla, bütün ciddiyyətilə yanaşırdılar. Məsələn, filmin bəstəkarı Tofiq Quliyev “Şir evdən getdi” filmini ən ciddi işi hesab edirdi”.
Maraqlıdır ki, İ.Ləmbəranskinin adı aktyorlara, film, kino sənətinə aid səhifələrdə də uşaq aktyor kimi yer alıb. Baxmayaraq ki, cəmi bir filmə çəkilib. Amma onun “vikipediya”dakı səhifəsi 5 iyun 2014-cü ildə silinib.
Son xəbərlər
Son Xəbərlər