Müxalifət yenidən Paşinyana qarşı aksiyalara hazırlaşır

muxalifet-yeniden-pasinyana-qarsi-aksiyalara-hazirlasir
Oxunma sayı: 1226

Ermənistan müxalifəti ölkənin Baş naziri Nikol Paşinyanın Qarabağa dair açıqlamalarına görə etiraz aksiyaları keçirəcək.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan açıqlayıb.

Onun sözlərinə görə, Paşinyana qarşı mitinq və itaətsizlik aksiyaları təşkil ediləcək.

Xatırladaq ki, N.Paşinyan martın 22-si keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir.