Muxtar Babayev Samuxda vətəndaşları qəbul edib - Fotolar

muxtar-babayev-samuxda-vetendaslari-qebul-edib
Oxunma sayı: 1417

Yanvarın 12-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.