NASA-nın "Perseverance" roverindəki cihaz Marsda oksigen istehsal edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cihaz bir astronavtı bir neçə saat saxlamaq üçün kifayət edəcək oksigen istehsalı həyata keçirib.
2021-ci ilin fevralında qırmızı planetə enən "Perseverance" rover iki ildən çoxdur ki, az miqdarda oksigen istehsal etmək üçün vaxtaşırı atmosferdə karbon qazı yandırır.